Azərbaycanda olmuşam. Azərbaycanı və azərbaycanlı dostlarımızı çox sevirəm.
Artıq İstanbul Böyükşəhər Bələdiyyə sədriyəm. Sizin vasitənizlə xəbər vermək istərdim, xaricə ilk səfərlərimdən biri də Azərbaycana, Bakıya olacaq.Bunu Teleqraf.com-a eksklüziv müsahibəsində İstanbul Böyükşəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu deyib.
“Gələcəyəm, qucaqlaşacağıq, söhbət edəcəyik. İnanın, böyük bir həyəcanla o günü gözləyirəm, yəqin, təsəvvür edə bilirsiniz, burada işlərimiz çox gərgindir, gediləcək çox uzun yolumuz var. Ən qısa vaxtda işlərimizi yoluna qoyub Bakıda olacağam, indidən xəbər verim”.