Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib

Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib backend

Bu gündən Türkiyə ilə Azərbaycan arasında tətbiq olunan viza rejimi ləğv edilib.

APA-nın xəbərinə görə, iyulun 25-də Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlanıb.

Türkiyənin ümumvətəndaş pasportuna malik vətəndaşlarının Azərbaycanda vizasız qalma müddətləri 30 gün müəyyənləşdirilib.

Qeyd edək ki, Türkiyə tərəfi Azərbaycan vətəndaşları üçün viza rejimini təktərəfli şəkildə 2007-ci ildə ləğv edib. Hazırda Azərbaycan vətəndaşlarının da Türkiyədə vizasız qalma müddəti 30 gündür.
Diaspora