Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırılıb

Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırılıb backend

Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayevi geri çağırılıb.

Bu barədə Azvision.az -a səfirlikdən məlumat verilib.

Bildirilib ki, Qazaxıstan prezidentinin imzaladığı sərəncamla Beybit İsabayev Qazaxıstan prezidentin parlamentdəki nümayəndəsi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Beybit İsabayev Azərbaycanda 2015-2019-cu illərdə səfir vəzifəsində çalışıb. Bundan öncə o, Qazaxıstanın Qırğızıstandakı, Pakistandakı və Türkiyədəki səfiri vəzifəsində çalışıb.
Diaspora