Millət vəkili Qənirə Paşayeva AŞPA-da işğalçı Ermənistanın qeyri-qanuni olaraq girov saxladığı azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azadlığa buraxılması üçün Avropa Şurasını Ermənistana təzyiq göstərməyə çağırıb
Qaziler.az bildirir ki, millət vəkili Qənirə Paşayeva AŞPA-da girovlarla bağlı keçirilən tədbirdə iştirak edən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovla da görüşüb, geniş fikir mübadiləsi aparılıb.Millət vəkili Q.Paşayeva Dilqəm Əsgərovun oğlunun və bütün ailəsinin və Şahbaz Quliyevin ailəsinin Avropa Şurasına müraciətini assambleyada çıxışı zamanı səsləndirib və AŞPA-nı təcili addımlar atmağa çağırıb.