Nəcməddin Sadıkov və Valeri Gerasimov arasında görüş keçirilib

Nəcməddin Sadıkov və Valeri Gerasimov arasında görüş keçirilib backend

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovla görüşüb.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, görüş zamanı tərəflər beynəlxalq və regional təhlükəsizlik, habelə hərbi və hərbi-texniki əməkdaşlığı müzakirə ediblər.

Qeyd edək ki, Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Azərbaycana işgüzara səfərə gəlib. V. Gerasimov Bakıda ABŞ hərbi hava qüvvələrinin generalı, NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Tod Uolterslə görüşəcək.