Daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub

Daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub backend

Azərbaycan daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub.

APA-nın məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı sərəncamla polis general-mayoru Seyfulla Əzimov daxili işlər nazirinin birinci müavini təyin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya faktı təsdiqləyib.

Qeyd edək ki, S.Əzimov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olub.
Diaspora