Rusiyada saxlanılmış azərbaycanlı jurnalist Fuad Abbasov deportasiya edilib.
APA-nın Moskva bürosunun xəbərinə görə, bu barədə onun vəkili Teyyub Şərifov məlumat verib.Belə ki, 25 iyun 2019-cu il tarixində Fuad Abbasov Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin nəzarəti altında Vnukovo hava limanından Azərbaycan Hava Yollarının Moskva-Bakı reysi ilə Azərbaycana yola salınıb.