Türkiyənin Müdafiə naziri Hulusi Akar İran, Ermənistan və Naxçıvanla sərhəd bölgələrin təhlükəsizliyinə cavabdeh 5-ci sərhəd alayında yoxlamalar aparıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi informasiya yayıb.“Sərhədlərin təhlükəsizliyini tam təmin etmək üçün bu günə qədər əlimizdən gələn nədirsə, tam şəkildə etdik. Bundan sonra da eyni qətiyyət və qərarlılıqla “sərhəd namusdur” anlayışı daxilində bunu etməyə davam edəcəyik”, - Akar bildirib.