Bu barədə bu ölkənin dövlət başçısı Bakıya göndərdiyi məktubda bildirib.
Moldova Respublikasının Prezidenti Nikolaye Timoftinin yaxın zamanlarda Azərbaycana rəsmi səfəri gözlənilir.ANS PRESS-in məlumatına görə, bu barədə Moldovanın dövlət başçısı Prezident İlham Əliyevə göndərdiyi məktubda bildirib.
N.Timoftinin təbrik məktubunda deyilir: "Azərbaycanın Milli bayramı – Respublika Günü münasibətilə Sizi təbrik edirəm. Moldova Respublikası xalqı adından və şəxsən öz adımdan Azərbaycan xalqına sülh və daha da çiçəklənmək arzuları ilə Sizi səmimi qəlbdən təbrik etməkdən xüsusi məmnunluq duyuram. Qəti əminliyimi bildirirəm ki, dövlətlərimiz arasında dostluq və qarşılıqlı anlaşma münasibətlərinin ənənəvi əsası olan ikitərəfli dialoq Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın iki ölkənin və xalqın rifahı naminə daha da inkişaf etməsinə və genişlənməsinə kömək edəcək."
O məktubunun sonunda vurğulayıb ki, Bakıya qarşıdakı səfərim ilə əlaqədar Sizinlə tezliklə görüşəcəyimə ümid bəsləyir, Sizə möhkəm cansağlığı və məsul dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edir, dərin ehtiramımı bildirirəm.