Qətər, Bruney, Moldova liderlərindən 28 May təbriki

Qətər, Bruney, Moldova liderlərindən 28 May təbriki backend

Qətər dövlətinin əmiri Təmim bin Həməd Al Tani prezident İlham Əliyevə 28 May – Respublika günü münasibətilə təbrik məktubu göndərib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrikdə belə deyilir:

Zati-aliləri,
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə Azərbaycan xalqına Qətər dövlətinin xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.
Bu xoş fürsətdən istifadə edərək Sizə ən səmimi salamlarımı çatdırır, Zati-alinizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına daha böyük uğurlar və tərəqqi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da güclənməsini arzu edirəm.
Həmçinin Bruneyin Sultanı Hacı Həssənal Bolkiah, Moldovanın prezidenti Nikolaye Timofti də prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Diaspora