Qarabağdakı separatçı rejimi tanımırıq - Uruqvay

Qarabağdakı separatçı rejimi tanımırıq - Uruqvay backend

Uruqvayın xarici əlaqələr naziri vəzifəsini icra edən səfir Ariel Berqamino ilə Azərbaycanın Uruqvay Şərq Respublikasında akkreditə olunmuş səfiri Rəşad Aslanov arasında görüş keçirilib.

XİN mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Azərbaycan səfirinin müraciəti əsasında keçirilən bu görüşün başlıca məqsədi ikitərəfli gündəlikdə duran bir sıra məsələlərin müzakirəsi, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “nümayəndəsinin” Uruqvaya gəlməsi və burada guya ölkə rəsmiləri də daxil olmaqla görüşlərin keçirilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirilməsi olub.

Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin müxtəlif məsələləri, o cümlədən mövcud yüksək səviyyəli əlaqələr haqda fikir mübadiləsi aparıblar. Burada həmçinin Bakıda keçiriləcək V Mədəniyyətlərarası Dialoq Forumunda Uruqvay Xarici Əlaqələr naziri Rodolfo Nin Novoanın iştirakı məsələsi də müzakirə edilib.
Diaspora