Naro-fominsk Azərbaycanlıları Cəmiyyətinin qondarma "erməni soyqırımı" ilə bağlı bəyanat yayıblar.
Qaziler.az bildirir ki, Rusiya Federasiyası Naro-fominsk şəhərində yaşayan soydaşlarımızın 24 aprel qondarma "erməni soyqırımı" ilə bağlı verdikləri bəyanatda deyilir:"Əsası 1965-ci ildən başlayan "soyqrım" anlayışı əslində sifariş xarakterli, bəzi dünya dövlətlərinin yürütdüyü ikiüzlü siyasətdən başqa bir şey deyildir. Belə ki 1915-ci il Osmanlı dövlətində baş vermiş bəzi hadisələri, daha dəqiq desək, Birinci Dünya Müharibəsi gedişatında vətəndaşı olduqları dövlətlərinə xəyanət edərək o zamankı Antanta İttifaq dövlətlərinə satqınlıq edən və onların birbaşa dəstəyi ilə silahlanan əksər ermənilər Şərqi Anadolu və Kilikiya bölgələrində yerli müsəlman - türk,kürd və digər xalqlara divan tutublar. Minlərlə günahsız insanları qətlə yetirən erməni quldur dəstələrinin əsas məqsədləri isə Osmanlı dövlətinin varlığına son qoymaqda işğalçı dövlətlərə yardım etmək və bu bölgədə "Böyük Ermənistan" adlı dövlət qurmaq idi. Milli qırğının qarşısını almaq və dövlətə xəyanət etmiş vətəndaşlarını sakitləşdirmək məqsədilə 27 may 1915 ci il tarixində Osmanlı dövləti ermənilərin bir hissəsini ölkənin şərqindən cənub vilayətlərinə (bu günki Livan, Suriya, İraq - red.) köçürməyə qərar verib. Bu köçə 1965-ci ildən bu yana siyasi don geyindirərək bir sıra dünya dövlətləri, əsasən, Avropa və Amerika (Rusiya və Livan istisna olmaqla) əsassız olaraq "soyrım" kimi tanıyır və bu proses davam etməkdədir.
Halbuki planetimizin sakinləri bu soyqırımı bir çox dövlətlərin dünya tarixində vaxtilə törətmiş olduqları cinayətləri heç də unutmamışlar. Yəhudi xalqına, eləcə də Əlcəzair, Ruanda, Liviya, Amerika, Avstraliya və Okeaniyanın bir zamanlar mövcud olmuş bir çox xalqlarına qarşı törədilmiş soyqrımlar tarixin yaddaşındadır. Azərbaycan xalqı da işğalçı qüvvələrin dəstəyilə ermənilərin xalqımıza qarşı törətdiyi 1918-ci il 31 mart və 1992-ci il 26 fevral Xocalı soyqırımlarını umutmayıb. Biz, Rusiyada yaşayan azərbaycanlılar olaraq dünya birliyi ölkələri və beynəlxalq təşkilatları ermənı millətçilərinin oyununa inanmamağa və 1915-ci il hadisələrini erməni "soyqırımı" kimi tanımamağa çağırırıq! Əsassız "soyqırım" iddialarını alovlandırmaqla siz erməni xalqının planlı şəkildə qonşu xalqlarla mehriban yaşamasına imkan vermir, onların regionun digər xaqlarına əsassız ərazi iddiası etmələrinə, intiqam, kin, nifrət hissi ilə yaşamalarına şərait yaradırsınız. Biz Naro-fominsk Azərbaycanlıları Cəmiyyəti olaraq qondarma "erməni soyqırım"ı tanımamaqla Türkiyə dövlətinin və millətinin apardığı mübarizəni dəstəkləyirik və onlarla həmrəy olduğumuzu bir daha bəyan edirik.