Yunanıstanın energetika naziri Panayotis Lafazanis Bakıda energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək və Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının birinci iclasında iştirak edəcək.
Bu barədə cümə günü Trend-ə Yunanıstanın Azərbaycandakı səfirliyindən bildirilib. Yunanıstanlı nazirin Azərbaycana səfəri fevralın 12-nə planlaşdırılıb.