Prezident İlham Əliyevin imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv edilməsi haqqında sərəncamı yalnız ölkəmizdə deyil, xaricdə yaşayan soydaşlarımız tərəfindən də yüksək qiymətləndirilib
Dünya Azərbaycanlıları Assambleyası milli azlıqlar və dini məsələlər üzrə sədr müavini Nicat İlyasov Qaziler.az-a bunları bildirib: “Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin imzaladığı növbəti əfv fərmanı yüzlərlə insanın sevincinə səbəb oldu. İstər siyasi, istər dini baxışları, istərsə də törətdiyi hər hansı bir cinayətə görə məhkum olunmuş soydaşlarımızın dövlət başçımız tərəfindən azadlığa qovuşmalarının təmin edilməsi ölkə daxilində olduğu kimi, dünyada yaşayan həmvətənlərimizi də qürurlandırdı. Dünya Azərbaycanlıları Assambleyası adından cənab Prezidentin bu addımını yüksək qiymətləndirir və ona təşəkkürümüzü bildiririk . İnanıram ki, bu kimi addımlar Azərbaycan dövlətinin dünyada qazandığı imicini daha da möhkəmləndirəcək, Azərbaycandan kənarda yaşayan bütün həmvətənlərimizin gələcək fəaliyyətinə böyük töhfələr verəcəkdir. Bu gün azadlıqlarına qovuşmuş bütün soydaşlarımızı təbrik edirik, onlara xoşbəxt ömür arzulayırıq. Yaşasın böyük Azərbaycan! Yaşasın ulu millətimiz!"