“Rusiya regionda sabitliyin təmin olunması və münaqişənin həlli istiqamətində ilk addım kimi Ermənistana qarşı təzyiq rıçaqlarını işə sala bilər”.
Bu barədə Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib. O, Moskva görüşünün ayrılıqda çox mühüm rol oynadığını deyib:“Hər iki baş nazirin Moskvada baş tutan görüşünün Riqa sammitinə bilavasitə heç bir aidiyyəti yoxdur. Görünən odur ki, görüş ikitərəfli münasibətlərlə yanaşı, Qarabağ münaqişəsinin həlli ətrafında müzakirələrin aparılması baxımından uğurlu keçib. Hesab edirəm ki, bu görüş iki qonşu və tərəfdaş ölkə arasında bir növ ənənəvi xarakter daşıyır və çoxtərəfli məsələlərin müzakirəsi baxımından önəmlidir. Çünki Elmar Məmmədyarov Rusiyaya səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası dövlət komissiyasının həmsədri Dmitri Roqozin və Dövlət Dumasının sədri Sergey Narışkinlə də görüşlər apardı. Bu ondan xəbər verir ki, belə mütəmadi görüşlər bundan sonra da olacaq. Çünki ikitərəfli münasibətlərinin inkişafına xidmət edən belə görüşlərə ehtiyac var. Rusiya Ermənistana qarşı öz təsir imkanlarından istifadə edərək təzyiq rıçaqlarını işə salmaqla Qarabağ münaqişənin həllini tezləşdirməlidir. Çünki Cənubi Qafqazda sülh və əminamanlığın yaradılması bütün regiona müsbət təsir göstərərdi”.