“Past” qəzeti: "Paşinyan Əliyevlə görüşdən bir dəqiqə qabaq Ter-Petrosyandan məsləhət alıb"

“Past” qəzeti: "Paşinyan Əliyevlə görüşdən bir dəqiqə qabaq Ter-Petrosyandan məsləhət alıb" backend

İsveçrənin Davos qəsəbəsində hər il keçrilən “Dünya iqtisadi forumu”nun ən maraqlı və intriqalı məqamlarından biri də Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında 3-cü qeyri-rəsmi görüşün baş tutması olub.

Ermənistanın “Past” qəzeti həmin görüşlə bağlı yazı dərc edib və maraqlı iddia ortaya atıb.

Qəzetdə verilən informasiyaya görə, iki ölkə lideri arasındakı danışıqların təsadüfən baş tutduğu söylənilsə də, əslində tərəflərin bu barədə qabaqcadan xəbəri olub. Hətta onun detalları xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnasakanyanın 4 saatlıq görüşündə müzakirə edilib.

“Past” qəzeti Nikol Paşinyanın görüşdən bir neçə dəqiqə qabaq başqa otağa keçərək orada bir şəxslə telefonla, gülümsəyərək danışdığını yazıb.

Qəzet “havada gəzən şayiələrə əsasən” Ermənistan baş nazirinin həmsöhbətinin keçmiş prezident Levon Ter-Petrosyan olduğunu və baş nazirin eks-prezidentdən məsləhət aldığını iddia edib.

Musavat.com
Diaspora