Millət vəkili Qənirə Paşayeva Makedoniya ziyalıları ilə görüşdə onları Xocalı Soyqırımı həqiqətlərinin yayılmasında səylərini artırmağa çağırıb.
Lent.az-a verilən məlumata görə, Qənirə Paşayeva onlara Azərbaycanda vəziyyət, Azərbaycan-Makedoniya münasibətlərinin getdikcə daha da inkişafı ilə yanaşı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımları, minlərlə azərbaycanlını əsir və girov götürməsi, bu gün də onlarla Azərbaycan türklərinin Ermənistanda əsir və girov saxlanılması, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin yerinə yetirilməməsi barədə məlumat verib.Millət vəkili onlara Azərbaycanda keçiriləcək ilk Avropa Olimpiya Oyunları barədə də danışıb. Makedoniya ziyalılarını və insanlarını da Avropa Olimpiya Oyunlarını izləməyə və qədim Azərbaycanı daha yaxından tanımağa dəvət edib.