Noyabrın 21-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüşüb.
Müdafiə Nazirliyindən Qaziler.az-a verilən məlumata görə, tərəflər regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli əsasda və NATO proqramları çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.Azərbaycanın müdafiə naziri ilə Gürcüstan SQ Baş Qərargah rəisi arasında görüş keçirilib

