“Türk axını” layihəsinin ilk mərhələsinin tamamlanmasına həsr olunan tədbirdə iştirak etmək üçün İstanbula gələn Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.
Görüş Türkiyə Prezidentinin Yıldız sarayının Mabeyn köşkündə baş tutub və mətbuat üçün qapalı keçibSaat yarım davam edən görüşdə prezidentlərin “Türk axını” layihəsi ilə yanaşı, ikitərəfli əlaqələrin inkişafı və Suriyadakı məsələləri müzakirə etdikləri ehtimal olunur.