Nikolun: "Bakının marağı da təmin olunmalıdır" fikri... - Şərh

Nikolun: "Bakının marağı da təmin olunmalıdır" fikri... - Şərh backend

Qərb nümayəndələrinin Azərbaycanda investisiya, geosiyasi maraqları var. Qərb siyasiləri başa düşürlər ki, Azərbaycanda sabitliyin olması, bütövlükdə elə regionun özündə sabitliyin olması anlamındadır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Mübariz Əhmədoğlu “Yeni Müsavat”a Qərbin Cənubi Qafqaz ölkələri ilə bağlı fikirləri barədə danışarkən deyib.

Politoloq bildirib ki, hazırda Qərb siyasilərinin gözündə Azərbaycan kifayət qədər üstün görünür:

“Ermənistanda və zamanında Gürcüstanda baş verən hadisələr orada kifayət qədər böyük xaos yaradıb. Bu fonda Azərbaycanda sabitlikdir. Onlar da görürlər ki, Gürcüstan və Ermənistanda hansı hadisələr baş verir. Azərbaycandakı sabitlik hazırda Qərb üçün çox önəmlidir, bu, böyük dəyərə, əhəmiyyətə malikdir. Bu kontekstdə deyim ki, bizim rəsmilərimiz bu sahəyə diqqəti bir qədər də artırsalar, yaxşı olar. Təbii ki, Azərbaycanda sabitlikdir və ölkənin bu sabitliyinin müəllifi Prezident İlham Əliyevdir”.

M.Əhmədoğlu bildirib ki, biz hazırda hansı məsələdə daha önə keçə biləcəyimizi düşünməliyik:

“Avropada da bilirlər ki, hansı anda, nə baş verəndə ölkə prezidentinin hazırladığı konsepsiyaya uyğun prezidentin köməkçiləri, ayrı-ayrı nazirlər və digərləri necə işləyir. Ona görə də hesab edirəm, məsələni mümkün qədər gündəliyə gətirməliyik. Həmçinin, bizim konsepsiyalarımızdan həm də Ermənistan və Gürcüstan da nəticə çıxarmalıdır. Fikir verin, Paşinyanın son dövrlərdəki bəyanatlarında Azərbaycanla əlaqəli kifayət qədər ikibaşlı ifadələr var. Paşinyan deyir ki, Dağlıq Qarabağ tənzimlənməsi elə olmalıdır ki, bu, Azərbaycan xalqının da maraqlarına cavab versin. Yəni o öz xalqına müəyyən şeyləri aşılayır. Hazırda əlverişli andır: Azərbaycanın sabitlik yaratma mexanizmlərini açıq təqdim etməsi Ermənistanın da kompromisə gəlməsi üçün bir vasitə ola bilər. Bizim təkcə iqtisadiyyatımız deyil, həm də idarəetmə mexanizmimiz Ermənistanın bir dövlət kimi məhv olmamasını düşünən ermənilər üçün də maraqlıdır. Ona görə də bu istiqamətdə xeyli işlər aparılmalıdır”.
Diaspora