Zatulin konkret öhdəliklər yerinə yetirir, məqsədi... - Millət vəkili

Zatulin konkret öhdəliklər yerinə yetirir, məqsədi... - Millət vəkili backend

Zatulinin ermənipərəst qüvvələrin əlində bir alət olduğu bizə çoxdan məlumdur.

O, hər zaman Azərbaycanla Rusiya arasında strateji münasibətlərə xələl gətirməyə cəhd edir. Bu şəxs yenə öz ampluasındadır və Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməyə çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, Azərbaycanın sülhpərvər olması hamıya məlumdur və Azərbaycanın işğal altındakı torpaqlarını hərb yolu ilə azad etməməsinin səbəbi də problemin sülh yolu ilə həllinə çalışmasıdır:

“Zatulin Soçidən deputat seçilib. Soçi şəhərində ermənilərin kompakt halında yaşadığı da bəllidir. Onların dəstəyi hesabına Rusiya Dövlət Dümasında deputat seçilən Zatulin konkret öhdəliklər yerinə yetirir".

Millət vəkili vurğulayıb ki, Azərbaycanla Rusiya arasındakı münasibətlər ermənipərəst qüvvələri qıcıqlandırır:

“Amma Azərbaycanla Rusiya arasında yüksək səviyyədə inkişaf edən münasibətlərə RF Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulin kimi ermənipərəst qüvvələr təsir edə bilməz.

Zatulin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "şərəf ordeni" ilə təltif edilən şəxsdir. Eyni zamanda keçmiş prezident Serj Sərkisyan Zatulini özünün ən yaxın dostlarından hesab edirdi. Onu şahmat taxtası arxasında əyləşib öz siyasi görüşlərini həyata keçirən beynəlxalq şahmatçıya bənzədirdi. Bu cür məsuliyyətsiz şəxslər belə bəyanatlar verməklə həm Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə zərbə vurur, həm də Azərbaycanla Rusiya arasındakı strateji münasibətlərə xələl gətirmək istəyir. Zatulinin də bu cür cəfəng mövqeyi Rusiyanın mövqeyi deyil. Bu, Zatulin kimi erməni maraqlarına xidmət edən şəxslərin fikriləridir. Buna baxmayaraq Rusiya Dövlət Duması rəhbərliyi də belə məsuliyyətsiz deputatların davranışı ilə bağlı ölçü götürməlidir. Çünki bu cür ittihamlar Rusiya-Azərbaycan münasibətlərinə zidd məsələdir”.
Diaspora