Rusiyalı jurnalist: Nə demək istədiyimi ağıllı ermənilər başa düşəcək
Rusiyalı jurnalist Maksim Şevçenko Azərbaycana səfərindən sonra erməni mətbuatında ona qarşı səsləndirilən ittihamlara öz “Youtube” səhifəsində cavab verib.
Jurnalist bildirib ki, Füzuli, Cəbrayıl, Laçın, Ağdam və digər rayonlar Azərbaycan Respublikasının ərazisidir. Bu ərazilər erməni silahlı birləşmələri tərəfindən qeyri qanuni işğal edilib.
“Onlar bunu 1990-cı illərin əvvəllərində Yeltsin rejiminin dəstəyi ilə həyata keçirilib. Ermənilərdən kim deyə bilər ki, bu belə deyil?!. Serj Sarqisyan 5 rayonun geri qaytarılması ilə bağlı razılığa gəlmişdi. Bu, bölgədə gərginliyin azaldılmasına səbəb olacaqdı, eləcə də Ermənistanın Cənubi Qafqazda iqtisadi sistemə daxil olmasına şərait yaradacaqdır. Sarqisyanı devirdilər. Paşinyan hakimiyyətə gəldi. Yenə də müharibə bəyanatları verilir. Mən Paşinyanın bu siyasətinə qarşıyam. Sülh danışıqları davam etdirilməlidir və Azərbaycanın işğal olunan torpaqları geri qaytarılmalıdır. Erməni miflərini görən ağıllı ermənilər dediklərimi başa düşəcək”, - deyə Şevçenko bildirib.