Qafqaz İslam Ordusunun Bakı şəhərini bolşevik-daşnak birləşmələrinin işğaldan azad etməsinin 100-cü ildönümü ilə əlaqədar keçirilən mərasimdəki çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ədoğan Qarabağ problemi ilə bağlı sərt danışıb, işğalçı Ermənistanı hədələyib.
Qaziler.az bildirir ki, Türkiyə prezidenti Ərdoğan: "Bundan 25 il öncə Xocalıda yaşananların, Yuxarı Qarabağda qətlə yetirilənlərin hesabını verməyənlərin, qatilləri qəhrəman elan edənlərin bizə verə biləcəkləri heç bir tarix dərsi yoxdur. Qardaşımızın torpaqlarının yüzde 20-sini işgal altında tutanların, 1 milyondan çox qardaşımızın öz yurduna dönməyinə mane olanların bizdən sərhədlərimizi açmamızı gözləmələri boşunadır, bihudədir" - deyib.