Türkiyə mətbuatı Qafqaz İslam Ordusunun Bakı şəhərini bolşevik-daşnak birləşmələrinin işğaldan azad etməsinin 100-cü ildönümü ilə əlaqədar keçirilən mərasimdə iştirak etmək üçün Azərbaycana gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ədoğanın rəsmi qarşılanma mərasiminə geniş yer verib.
Qaziler.az bildirir ki, rəsmi qarşılanma zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri Türkiyə KİV-də yerləşdirilib. Görüşdə hər iki prezidentin səmimi münasibəti diqqət çəkir:Türkiyə mətbuatı qarşılanma mərasimi ilə bağlı bunları da yazıb: "Bakıda Türk Şəhidliyi məzarlığını ziyarət edən hər iki prezident şəhidlər abidəsi önünə əklil qoydular. Ərdoğan abidə şərəf dəftərinə bunları yazıb: "Aziz şehitlerimiz, bundan tam bir asır önce mübarek kanlarınızla yazdığınız büyük zaferi ve Bakü'nün kurtuluşunu bugün büyük bir coşkuyla idrak ediyoruz. Bizlere emanet bıraktığınız kardeşliğimizi çok daha ileri taşımak için Türkiye ve Azerbaycan olarak var gücümüzle çalışıyoruz. 1991 yılında tekrar bağımsızlığını ilan eden Azerbaycan ülkemizin de desteği ile bölgesinin istikrar ve güven sembolü olarak her alanda büyük başarılara imza atıyor. Ruhunuz şad olsun".
Türkiyə mətbuatı qeyd edib: "Mərasim zamanı çıxış edən Türkiyə prezidenti gündəmdə dayanan problemlərlə bağlı açıqlamalar da verib. Ərdoğan Qarabağ məsələsinə toxunaraq bunları deyib: "Yuxarı Qarabağ probleminin həll edilməsi Ermənistan ilə münasibətlərimizin düzəlməsinin "olmazsa olmaz" şərtidir, bu belə də bilinməlidir" - deyib.
Prezident Ərdoğan: "Bundan 25 il öncə Xocalıda yaşananların, Yuxarı Qarabağda qətlə yetirilənlərin hesabını verməyənlərin, qatilləri qəhrəman elan edənlərin bizə verə biləcəkləri heç bir tarix dərsi yoxdur. Qardaşımızın torpaqlarının yüzde 20-sini işgal altında tutanların, 1 milyondan çox qardaşımızın öz yurduna dönməyinə mane olanların bizdən sərhədlərimizi açmamızı gözləmələri boşunadır, bihudədir" deyə bildirib".