Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında sentyabrın 1-də Soçi şəhərində görüş keçiriləcək.
AzVision.az Kremlin saytına istinadən xəbər verir ki, liderlər gündəlikdə olan bir sıra mühüm məsələlər daxil olmaqla, qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər.Bundan əlavə, aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Danışıqların yekununda bir sıra hökumətlərarası və qurumlararası sənədlərin imzalanması gözlənilir.