Nihad Zeybekçi: “Türk axını“ TANAP-a alternativ deyil

Nihad Zeybekçi: “Türk axını“ TANAP-a alternativ deyil backend

“Türk axını” heç vaxt Transanadolu qaz kəmərinə (TANAP) alternativ olmayıb. Trend xəbər verir ki, bu barədə cümə axşamı Bakıda mətbuat konfransında Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybekçi deyib.

Onun sözlərinə görə, həmin layihələr bir-birindən fərqlənir və Türkiyəyə regionda öz rolunu gücləndirməyə imkan verir: “Türk axını” layihəsini şübhə altında qoyan fikir mövcud olsa da, bu layihə Türkiyə üçün tamamilə realdır”.

Qeyd edək ki, “Qazprom” ASC və Türkiyənin BOTAŞ şirkəti "Türk axını" qaz kəmərinin marşrutunun Qara dənizin dibindən keçəcəyini müəyyən ediblər. "Türk axını" qaz kəməri layihəsinin texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) hesablanması üzrə ilkin nəticələrə baxılıb və onun marşrutu haqqında qərar qəbul edilib. Qaz kəmərinin dörd qolunun gücü ildə 63 milyard kubmetr qaz təşkil edəcək. Qaz kəmərinin 660 kilometri köhnə “Cənub axını” dəhlizindən, 250 kilometrinin isə yeni dəhlizdən (Türkiyənin Avropa hissəsi istiqamətində) keçməsi planlaşdırılır.

Qaz kəməri üzrə hökumətlərarası sazişin 2015-ci ilin ikinci rübündə imzalanması planlaşdırılır, kəmərlə ilk qaz isə 2016-cı ilin dekabrında veriləcək.
Diaspora