Almaniya kansleri Angela Merkel avqustun ikinci yarısında İrəvana səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” agentliyi məlumat yayıb.Kanslerin avqustun 23-də Tiflisdə, 24-də isə İrəvanda olacağı bildirilib. Avqustun 25-də isə kanslerin Bakıya səfəri planlaşdırılıb.