Avropa Birliyi şərq istiqamətində mütləq şəkildə müdafiə imkanlarını artırmalıdır.
Axar.az xəbər verir ki, bu sözləri Polşanın Baş naziri Mateuş Moravetski deyib. Baş nazir fikrinə əsas kimi Rusiya təhlükəsini göstərib.“NATO-nun şərq qanadı mütləq gücləndirilməlidir. Çünki Rusiyanın təcavüzkar siyasəti başa çatmayıb. Bu siyasət heç bir şəkildə zəifləməyib”, - Moravetski bildirib.