Türkiyənin uğurlu əməliyyatlarından sonra PKK, Qəndil düşərgəsini Sincara daşıyır.
Sincardakı yeni təşkilatlanmanın başına gətirilən Sözdar Avesta, ABŞ-lı komandirlərlə görüşüb, yeni düşərgələrin infrastruktur işlərini planlaşdırıb.Türkiyənin Qəndilə doğru qətiyyətli əməliyyatı və TSQ-nin bölgədə 40 kilometrdən artıq irəliləməsi, 25 ildən çox müddətdir İraqın şimalında yuvalanan terror təşkilatını alternativ mərkəz axtarışına sövq edib. Bu yaxınlarda Qəndildə keçirilən yüksək səviyyəli toplantıda bir sıra yeni qərarlar alan PKK terror təşkilatı, təşkilatın 4 nömrəli şəxsi olan Sözdar Avestanı Sincara göndərib.
ABŞ QORUMASI ALTINDA SİNCARA GETDİ
Qəndildən Süleymaniyyəyə keçən Sözdar Avesta, daha sonra ABŞ himayəsində Sincara keçib. Sincarda terror düşərgəsi ilə Suriya, İraq, İran koordinasiyasını təmin etmək tapşırığı verilən Sözdar Avestaya, həmçinin terror düşərgələrinin kommunikasiya alt sistemlərinin, lojistik mərkəzinin inşası kimi bir sıra hazırlıqları aparmaq vəzifəsi də verilib.
YENİ YER TAPMA ÇALIŞMASI
Sincarda yeni terror quruculuğunun başına gətirilən terror başçılarından Sözdar Avesta,15 gün əvvəl rayona gəlib. İlk olaraq YBŞ adı ilə fəaliyyət göstərən PKK-çıları toplayan Avesta, daha sonra sərhəd xəttinə uzanan marşrut və inşa ediləcək düşərgələrlə bağlı yer təyin edilməsinə başlayıb. Bölgədə olan ABŞ-lı komandirlərlə da 2 ayrı görüş keçirən Avestanın, Şedadi-Rabia xəttini istifadə edərək Sincara gələn PKK/PYD-li bəzi yüksək səviyyəli şəxslərlə də görüşdüyü müəyyən olunub.
60 KM-lik DƏHLİZ
Sincarda yaşayanlar, Karsi-Kalmiran –sərhəd xəttinin PKK-ya buraxıldığını bildirir. PKK-nın Qəndil heyətindən 150-dən çox terrorçunun bölgəyə sövq edildiyini bildirən yerli mənbələr, 60 kilometr uzunluğa malik xətt boyunca bəzi məqamların xüsusi təhlükəsizlik bölgəsi elan edildiyini ifadə edib. Bölgənin terrora təsis edilməsi məsələsində ABŞ-ın himayəçi rolunu oynadığı və İraq mərkəzi hökumətinin də Sincar mərkəzli proseslərə laqeyd qaldığı şərhləri verilir.
Müxalifət.az