Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün vaxtı məlum olub

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün vaxtı məlum olub backend

Azərbaycan XİN Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında keçiriləcək görüşlə bağlı açıqlama yayıb.

APA-nın xəbərinə görə, açıqlamada bildirilir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk qrupu həmsədrlərinin (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Endrü Sxofer - ABŞ) vasitəçiliyi ilə 11 iyul tarixində Brüsseldə görüşəcək: “Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək. Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq”.
Diaspora