Ukraynanın gizli Krım planı: 3-5 ilə...

Ukraynanın gizli Krım planı: 3-5 ilə... backend

Donbas konflikinin həlli ilə bağlı qeyri-rəsmi plan mövcuddur. Bu ssenari güc metodlarını özündə əks etdirmir.

Axar.az xəbər verir ki, bunu Ukraynanın sabiq müdafiə naziri və Vətəndaş Təşəbbüsü Partiyasının sədri Anatoli Qriçenko deyib.

“Mən sizə deyirəm: Əgər Ukraynanın Donbas və Krımda müharibəni başladacaq prezidenti seçilsə, o zaman Rusiyaya qarşı sanksiyaları götürəcəklər və onları bizə qarşı tətbiq edəcəklər. Bununla da Ukraynanın sonu olacaq”, - deyə sabiq nazir bildirib.

Qriçenko həmçinin bu sözügedən planın nə üçün həyata keçirilmədiyinin də səbəbini izah edib:

“Nə üçün tətbiq edilmir? İki səbəbi var: Birincisi ona görə ki, plan qarşıdakı 3-5 il üçün nəzərdə tutulub və 1 ildən az ömrü qalan hakimiyyətlə bu plan reallaşdırılmayacaq. İkinci səbəb isə odur ki, Ukrayna hakimiyyəti verdiyi sözü tuta bilmir. Təkcə öz vətəndaşları qarşısında yox, partnyorları qarşıda da... Düşünürəm ki, hazırki prezidentin dönəmində bu planın icrasına icazə verilməyəcək”.
Diaspora