ABŞ-ın “HİYLƏ” STRATEGİYASI

ABŞ-ın “HİYLƏ” STRATEGİYASI backend

Suriya sərhədini terror elementlərindən təmizləmək üçün hərbi gücünü sərhəd əməliyyatlarI ilə sahəyə sürən Türkiyə, kritik və uğurlu addımlarla terrorçularla ittifaq quran ABŞ-ın Münbiç hesablarını alt-üst etdi.

ABŞ-ın "HİYLƏ" STRATEGİYASI

Münbiç razılaşması ilə geri addım atmaq məcburiyyətində qalan ABŞ, bir tərəfdən Türkiyəni təskin etməyə çalışarkən, digər tərəfdən, hər fürsətdə qol qanad gərdiyi PKK-nı əldə saxlamaq üçün pərdə arxasında müxtəlif manevrlər edir. Xüsusilə, Türkiyənin Qəndilə keçirdiyi hava dəstəkli quru hərəkatında uğurlu olan kimi ABŞ, çirkli oyunla terrorçuları yeni terror mərkəzi kimi səciyyələndirilən Sincara köçürməyə qərar verdi. Hətta iddialara görə, Türkiyə əməliyyatları davam etdiyi təqdirdə sərhədin İran tərəfində gizlənən PKK terrorçubaşılarını Sincar və Suriyaya aparmaq üçün ABŞ bir sıra hazırlıqlar görməkdədir. ABŞ-ın bölgədəki atüstü oyunları bununla da məhdud deyil. Bu dəfə ABŞ Mübiç prosesini sabotaj etmək üçün özünə bağlı hərəkət edən PKK-lılar vasitəsi ilə dövrəyə yerli məclislə bağlı dezinformasiyalar buraxdı. Münbiçdə hazırda mövcud olan və PKK-nın rəhbərliyi altındakı Yerli Məclisin fəaliyyətinin davam edəcəyi yönündə bəyanatlar verildi. Təbii ki, PKK-nın bu açıqlamasının arxasında ABŞ dururdu. Ancaq bu gedişə rəğmən Türkiyənin qətiyyətli duruşu yenə ABŞ planını alt-üst etdi. Belə ki, PKK-nın hərbi və siyasi bütün ünsürlərinin regionu tərk etməsindən başqa heç bir variantın qəbul edilməyəcəyi anonsunu təkrarlayan Türkiyə, ABŞ-ın bu oyununu da pozdu.

Müxalifət.az
Diaspora