Ağ Ev İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıya bilər.
Axar.az xəbər verir ki, bu barədə məlumatı CNN yayıb. Televiziya hələlik ABŞ hökumətinin SEPAH-la bağlı son qərarı vermədiyini bildirib:“SEPAH-ı terror təşkilatı kimi tanımaq istəyənlər və istəməyənlər arasında Donald Trampa təsir edəcək nüfuzlu şəxslər var. ABŞ Dövlət katibi Mayk Pompeo da SEPAH-ı terror təşkilatı kimi tanımaq istəyənlərdəndir”.