CNN İnternational, 16 iyuldakı tarixi görüşdə ABŞ liderinin Rusiyalı həmkarına Suriyadan çəkilmə qarşılığında cənubda qapalı bir zona təklif edəcəyini xüsusi xəbər olaraq yayıb.
ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin iyulun 16-da bir araya gələcəyinin açıqlanması, gözləri Orta Şərqə çevirib.CNN İnternational, liderlərin görüşündə ABŞ-ın Suriyadan çəkilmək üçün Rusiya ilə anlaşmaya çalışacağını xüsusi xəbər olaraq çatdırıb. Xəbərini yüksək səviyyəli hərbi mənbələrə əsaslandıran CNN, Trampın daha əvvəl də dilə gətirdiyi çəkilmə həmləsini bir daha sınağdan keçirəcəyini bildirir.
Xəbərə görə, Tramp Suriyanın cənubunda bir qapalı zona yaradıb, sonra əsgərlərini çəkmək istəyir və Putinə də sözügedən təklifi təqdim edəcək. Vaşinqtonun hədəfi İranın regiona girməsini əngəlləməkdir.
Suriya ordusu və İran milisləri, iki həftədir ki,Trampın sözünü etdiyi bölgədə əməliyyat keçirir və artıq 150 min mülki əhali İordaniya və İsrail sərhədlərinə doğru köç ediblər. Trampın təklifi qəbul edildiyi təqdirdə, İran qüvvələrinin bölgədən necə ayrılacağı qeyri-müəyyənliyini qoruyur.
Kremldən də bu gün görüşlə bağlı açıqlama verilib və Moskva rəhbərliyi liderlərin Suriyanı müzakirə edəcəyini təsdiqləyib.
ABŞ lideri Tramp, daha əvvəl bir neçə dəfə Suriyadan çəkilmək istədiyini söyləyib, ancaq bu yöndə indiyə qədər bir addım atılmış deyil.
Qeyd edək ki, Vaşinqton rəhbərliyi, hazırda yalnız terror təşkilatı PKK/YPG ilə birlikdə hərəkət edir.
Tramp və Putin daha əvvəl də iki dəfə müxtəlif beynəlxalq tədbirlərdə üz-üzə görüşüb, ancaq Finlandiyada yalnız ABŞ-Rusiya görüşü baş tutacaq.
Müxalifət.az