Ağ Evin sözçüsü Sara Sanders Virciniyadakı restoranlardan birindən qovulub.
Axar.az xəbər verir ki, sözçü bu barədə şəxsi Tvitter səhifəsində yazıb:“Dünən axşam getdiyim Red Hen restoranının sahibi ABŞ Prezidenti Donald Tramp üçün çalışdığımı əsas gətirərək restorandan çıxmağımı tələb etdi. Onun bu hərəkəti məndən çox özünü ifadə edir. Həmfikir olmadıqlarım da daxil olmaqla, bütün insanlara bacardığım qədər yaxşı davranmağa çalışıram. Belə etməyə davam edəcəyəm”,- deyə o qeyd edib.