Məlum olduğu kimi BMT Baş Assambleyası Rusiya qoşunlarının Pridnestrovyedən çıxarılması ilə bağlı Qətnamə qəbul edib.
Moderator.az İA Reqnum-a istinadən xəbər verir ki, Moldovanın baş naziri Pavel Filip qəbul olunan Qətnaməni şərh edərkən “bu sənəd Rusiya üzərində böyük simvolik qələbədir”-deyib.“Bu həm də beynəlxalq hüququn və xüsusilə Moldova Respublikasının simvolik qələbəsidir”-moldovalı baş nazir bildirib.
Filip əlavə edib ki, Rusiya qoşunlarının çıxarılmasına BMT-nin dəstəyi “beynəlxalq mənəvi təzyiqin vacib faktorudur”.
Onun sözlərinə görə Moldovanın qanuni tələbi beynəlxalq səviyyədə qəbul edilib.
Respublika baş nazirinin avrointeqrasiya məsələləri üzrə müavini Yuri Lanke bildirib ki, BMT-nin qəbul etdiyi sənəd “simvolik xarakter daşıyır, amma bu diplomatik proses üçün çox vacibdir və Rusiyaya xatırladır ki, o bizim süverenliyimizi pozur”.
Moldovanın prezidenti İqor Dodan bildirib ki, BMT Baş Assambleyasının qətnaməsi Moldova Rusiya münasibətlərinə ciddi zərbə vuracaq.