Alman deputat TÜRKİYƏYƏ BURAXILMADI – SƏBƏB

Alman deputat TÜRKİYƏYƏ BURAXILMADI – SƏBƏB backend

Terror təşkilatı PKK-nın Almaniyadakı nümayəndəsi kimi xarakterizə edilən Alman Sol Partiya deputatı Andrej Hunkonun, Türkiyəyə girişinə icazə verilməyib.

Sol Partiyadan verilən məlumata görə, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) seçki müşahidəçisi kimi Vyanadan Türkiyəyə getmək istəyən Hunko, Türkiyəyə girişinə icazə verilmədiyi üçün təyyarədən enib.
Hunko, etdiyi açıqlamada, Türkiyədəki seçkiləri ATƏT-in seçki müşahidəçisi olaraq müşahidə etmək üçün hava limanına getdiyini bildirib və Türkiyənin ATƏT-dəki səfirinin iclasda onun Türkiyəyə buraxılmayacağını deyib: “O zaman mən Vyanada təyyarədəydim. Dərhal təyyarədən endim. 2011-ci ildən bu yana Alman parlamentinin üzvü olaraq Türkiyədəki seçkiləri izləmişdim”.

Alman Sol Partiyanın deputatı Andrej Hunko, Almaniyadakı PKK qadağasının qaldırılması üçün cəhdlər göstərən biri kimi tanınır.
Hunko daha əvvəl də PKK bayrağı ilə fotoşəkil çəkdirərək təşkilata olan siyasi dəstəyini açıq şəkildə nümayiş etdirib.

Müxalifət.az
Diaspora