Qarabağın işğalında iştirak etmiş Ermənistanın daha bir deputatı saxlanılıb

Qarabağın işğalında iştirak etmiş Ermənistanın daha bir deputatı saxlanılıb backend

Ermənistan Milli Təhlükəsizlik Xidməti deputat Arakel Movsisyanın yaşadığı evdə axtarış aparıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, keçmiş hakim Respublikaçılar Partiyasının parlamentdəki fraksiyasının üzvüdür.

Məlumata görə, axtarışdan sonra Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları A.Movsisyanı da özləri ilə aparıblar.

A.Movsisyan 1966-cı il avqustun 20-də Eçmiadzində anadan olub. 1992-1997-ci illərdə Xankəndi Pedaqoji İnstitutunun Hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsində təhsil alıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında iştirak edib. 2004, 2007 və 2011-ci illərdə Ermənistan parlamentinə deputat seçilib. Ermənistanın keçmiş prezdenti, 30 günlük baş nazir Serj Sarqsyanın Respublikaçılar Partiyasının üzvüdür.

O, qeyri-etik və harın davranışları ilə ad çıxarıb.

Qeyd edək ki, iyunun 19-da ölkə parlamenti Ermənistan müdafiə nazirinin keçmiş müavini, deputat Manvel Qriqoryanın tutulmasına razılıq verib.
Diaspora