TSQ-dən edilən açıqlamada Şimali İraqın Avaşin-Basyan və Sinat Haftanin bölgələrinə təşkil olunan hava hərəkatlar nəticəsində 10 terrorçunun öldürüldüyü bildirilib.
Ölkə daxilində və xaricində terrorçuları təmizləməyə davam edən Türk əsgəri, İraqın şimalında keçirdiyi hava hərəkatı ilə terror təşkilatına ağır itkilər verdirtdirib. Məsələ ilə bağlı TSQ-dən açıqlama verilib:“20 iyun 2018 tarixində Şimali İraqın Avaşin-Basyan və Sinat Haftanin bölgələrinə təşkil olunan hava hərəkatları nəticəsində silah mövqeləri, sığınacaq və sursat anbarı kimi istifadə edilən hədəflər məhv edilmiş, silahlı 10 terrorçu zərərsizləşdirilmişdir”.
Müxalifət.az