Türk əsgəri Münbiçə girdi! YPG MÖVQELƏRİ TƏRK ETDİ

Türk əsgəri Münbiçə girdi! YPG MÖVQELƏRİ TƏRK ETDİ backend

Münbiçdə ikinci patrul fəaliyyətinə başlayan Türk hərbi patrulu ərazilərində yerləşən terror təşkilatı PKK/YPG-nin, mövqe və məntəqələrini tərk etdiklərini müşahidə edib.

Anadolu Agentliyinə təhlükəsizlik mənbələrindən verilən məlumata görə, Münbiçdə icrasına başlanan patrul fəaliyyətləri, Türkiyə və ABŞ hərbi rəsmiləri arasında, bu günə qədər müxtəlif yer və vaxtlarda aparılan müzakirələr əsasında aparılır.
Fəaliyyətlərə dair detalları hər iki ölkənin hərbi rəsmiləri 17 iyunda keçirilən görüşdə nəzərdən keçirilib və tətbiqi mərhələsinə gəlinib.

Son koordinasiya toplantısında müəyyən edilən əsaslar üzərində, Türk Silahlı Qüvvələri və ABŞ Silahlı Qüvvələri tərəfindən 18 iyun 2018-də koordinasiyalı və müstəqil olaraq bölgədə başlanılan patrul fəaliyyətlərinə davam edilir.
Bu günə qədər icra edilən fəaliyyətlər nəticəsində patrul ərazilərində yerləşən YPG terror təşkilatı mənsublarının olduqları mövqe və məntəqələrin tərk edildiyi müşahidə olunub. Davam edən mərhələlərdə, Türkiyə və ABŞ Silahlı Qüvvələri tərəfindən davam etdirilən əməkdaşlıq və birgə iş nəticəsində, "Türk Silahlı Qüvvələri ilə ABŞ Silahlı Qüvvələri tərəfindən müştərək patrul fəaliyyətlərinə başlanması, müştərək patrulların Münbiç regionuna yayılması, ABŞ rəsmilərinin YPG mənsublarından ağır silahların toplanması, Münbiçdəki bütün terror təşkilatı mənsublarının bölgəni tərk etməsinin təmin olunması, Türkiyə-ABŞ tərəfindən birgə təşkil ediləcək yerli hakimiyyət və yerli təhlükəsizlik qüvvələri ilə Münbiçdə əmin-amanlıq və sabitliyin təmin olunması məqsədi güdülür”.

Müxalifət.az
Diaspora