Almaniyanın baş kansleri Angela Merkel Xristian-Sosial İttifaqı Partiyasının Rəyasət Heyətinin miqrantlarla bağlı ultimatumunu qəbul edib.
Publika.az xəbər verir ki, bu haqda DPA agentliyi bildirib.Qeyd edək ki, Xristian-Sosial İttifaqı Partiyası Avropanın əsas problemlərindən olan miqrant probleminin həlli üçün baş kanslerə iki həftə vaxt verib. Təklif Almaniyanın daxili işlər naziri, Xristian-Sosialist İttifaqı Partiyasının lideri Xorst Zeexofer tərəfindən irəli sürülmüş və partiyası tərəfindən yekdilliklə dəstəklənmişdi.
Daha əvvəl Zeexofer bildirib ki, Ancela Merkellə işləyə bilmir.