NATO Bakı ilə danışıqlara başlayır? – Şərh

NATO Bakı ilə danışıqlara başlayır? – Şərh backend

“Azərbaycanda danışıqlar genişlənə bilər”.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya öz ərazisindən NATO-nun Əfqanıstana hərbi təchizat və texnika daşımasını qadağan edən qanunu şərh edərkən deyib. Onun sözlərinə görə, alternativ variant kimi Azərbaycanla danışıqlar başlaya bilər:

“Azərbaycanın bölgədəki önəmi Qərb, o cümlədən NATO üçün artır. Rusiyanın imtinasından əvvəl də Azərbaycanın adı hərbi texnikanın Əfqanıstandan geri qaytarılması prosesində tələffüz edilirdi. Rusiyanın bu prosesdə iştirakı rəsmən təsdiqlənərsə, NATO alternativ variantları müzakirə etmək məcburiyyətində qalacaq. Bu mənada Azərbaycanda danışıqlar genişlənə bilər”.

Xatırladaq ki, Rusiyanın Baş naziri Dmitri Medvedyev tərəfindən imzalanmış sərəncama əsasən, BMT Təhlükəsizlik Şurasının 1386 nömrəli qərarının sona çatması səbəbindən Moskva Əfqanıstana gedən bütün tranzit yolları NATO-nun üzünə bağlayıb.
Diaspora