Amerikanın “The New York” jurnalında dərc olunan yazıda sensasiyalı ifadələrə yer verilib.
Jurnalda yazılana görə, ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu, Yaxın Şərq üçün hazırladıqları planda Körfəz ölkələrinə böyük əhəmiyyət verilir.Amerikanın “The New York” jurnalında ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun Yaxın Şərq və Fələstinlə bağlı planlarını xırdalayan bir analizə yer verilib.
“The New York” jurnalında dərc olunan yazıya görə, sözdə Yaxın Şərq sülhü üçün koordinasiyalı bir şəkildə çalışan Tramp və Netanyahunun planlarını Körfəz ölkələri üzərində qurub. Buna görə, ABŞ və İsrail tərəfindən hazırlanan planların həyata keçirilməsində Körfəz ölkələrinə böyük bir rol düşür.
MƏQSƏD KÖRFƏZ ÖLKƏLƏRİNİ İSRAİLƏ YAXINLAŞDIRMAQDIR
Jurnaldakı yazıda, ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun məqsədinin Fələstinlilərin rədd edəcəyi, lakin Körfəz ölkələrinin qəbul edəcəyi bir plan qurmaq olduğu bildirilir.
“The New York”, planın hədəfinin Körfəz ölkələrinin İsrailə yaxınlaşmasının təmin olunması və hazırlanan plan əsasında Körfəz ölkələrinin istifadə edilməsi olduğunu bildirib.
BƏƏ-li SƏLAHİYYƏTLİ, İSRAİLLİ YÜKSƏK SƏVİYYƏLİ ŞƏXSLƏ GÖRÜŞÜB
Digər tərəfdən, sözügedən jurnalda dərc olunan yazıda daha bir məlumata yer verilib. Ortaya atılan iddiaya görə, Birləşmiş Ərəb Əmirliklərindən bir rəsmi İsrailli üst səviyyə hökümət adamı ilə 2015-ci ildə Kiprdə bir araya gəlib. Keçirilən görüşdə bu gün Fələstin əleyhinə daha yüksək bir səslə danışılan planların həyata keçirilməsi üçün nələr edilə biləcəyi müzakirə olunub.
Müxalifət.az