ABŞ televiziyası TÜRKİYƏDƏKİ SEÇKİNİN SON SORĞU ANKETİNİ AÇIQLADI

ABŞ televiziyası TÜRKİYƏDƏKİ SEÇKİNİN SON SORĞU ANKETİNİ AÇIQLADI backend

ABŞ-ın ən böyük iqtisadiyyat kanalı olan “Bloomberg”, Türkiyədəki 24 iyun seçkilərinə 10 gün qalmış seçki sorğusunu açıqlayıb.

Açıqlanan nəticəyə görə, prezident Ərdoğan 50 faiz səviyyəsini ilk turda aşa bilir.

Türkiyədə keçiriləcək seçkilər, dünya ölkələri tərəfindən də yaxından izlənilir. Amerikada yayımlanan və dünyanın ən önəmli iqtisadi kanalı kimi qəbul edilən “Bloomberg”, 24 iyun seçkiləri ilə bağlı sorğu keçirib.

ƏRDOĞAN İLK TURDA 50 FAİZİ AŞIR

7 - 11 iyun arasında 500 nəfərin iştirak etdiyi sorğunun nəticəsinə görə, Ərdoğan, 24 iyunda keçiriləcək prezident seçkisinin ilk turunu 50,8 faiz dəstəklə qazanacaq.

MƏCLİSDƏ ƏKSƏRİYYƏT

“Bloomberg”-in keçirdiyi sorğuda, AK Partiya ilə MHP-nin yaratdığı “Cümhur İttifaqı”nın Məclisdəki çoxluğu da əldə edəcəyi göstərilib.
Müxalifət.az
Diaspora