Bakı Kiyev ilə danışıqlar aparır: Yeni hərbi silahlar

Bakı Kiyev ilə danışıqlar aparır: Yeni hərbi silahlar backend

Bakı və Kiyev Ukraynanın səyyar tank əleyhinə raket kompleksi “Korsar”ın birgə istehsalı ilə bağlı danışıqlar aparır.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “AzeriDefence” saytı “Ukroboronprom” Dövlət Konserninin nümayəndəsinə istinadən yayıb. Konsernin nümayəndəsi bu istiqamətdə danışıqların 2016-cı ildən başladığını bildirib:

“Azərbaycan Ordusu “Korsar” və Ukrayna ilə Belarusun birgə istehsalı olan “Skif” tank əleyhinə raket kompleksini əldə etməkdə maraqlıdır. Ukrayna yaxın gələcəkdə müdafiə sənayesinin genişləndirilməsinə başlayacaq. Bunun üçün xarici ölkələrdə nümayəndəliklərin açılması nəzərdə tutulub. Belə ofislərdən birinin Azərbaycanda da açılması planlaşdırılıb”.

Qeyd edək ki, “Korsar”ın sınaqları 2015-ci ildə başa çatıb. Bu kompleks istənilən hava şəraitində 100 metrdən 2500 metrə qədər məsafədə olan hədəfləri məhv etmək gücündədir. “Korsar” optik və infraqırmızı nişangahlarla təchiz edilib.

“Skif” kompleksi isə 7 min metr məsafədə hədəfləri müəyyən edə bilir. Bu komplekslər 5 min metrə qədər məsafədəki hədəfləri məhv etmək gücündədir. Mətbuat bu komplekslərin hazırda Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan və Əlcəzair ordusunun silahlanmasında yer aldığını yazıb.
Diaspora