8 iyun Beynəlxalq Qüds Günüdür.
Bütün dünyada olduğu kimi Azərbaycanda da hər il bu gün müxtəlif tədbirlərlə qeyd edilir. Eyni zamanda ölkənin tanınmış ictimai-siyasi xadimləri, müharibə iştirakçıları, ziyalıları vetenugrunda.az vasitəsilə bu mövzuya öz münasibətlərini bildirirlər.Beynəlxalq Qüds Gününün əhəmiyyəti ilə bağlı müsahibə verən Qarabağ qazisi Etimad Əsədov ABŞ-ın Qüdsü İsrailin paytaxtı elan etməsi və Fələstində İsrailin törətdiyi növbəti qətliamın arxasında dayanan siyasi maraqlara toxunub.
- ABŞ-ın Qüdsi İsrailin paytaxtı elan etməsi əslində beynəlxalq hüquq normaları baxmından və BMT-nin indiyə kimi elan etdiyi qətnamələrə nə dərəcədə uyğundur və bu bölgəyə gələcəkdə nə vəd edir?
-Dünya dövlətlərinin əksəriyyəti ABŞ-ın bu addımını tənqid etsə də ABŞ yenə də öz bildiyini etdi, Qüdsü İsrailin paytaxtı elan edərək səfirliyini oraya köçürdü və buna etiraz edən fələstinliləri İsrail rejimi qətlə yetirdi, soyqrım törətdi. Bütün dünyanın gözü qarşısında tibb işçilərini, qadınları, uşaqları güllələyərək 100-dən artıq adamı qanına qəltan etdilər.
Ümumiyyətlə, Fələstin torpaqlarının üzərində qurulan İsrail dövləti qurulandan üzü bəri işğalçılıq siyasəti həyata keçirməklə məşğuldu. ABŞ İsrailin işağlçılıq siyasətinə hər zaman dəstək verib və bu bu gün də davam edir.
Dəfələrlə başqa-başqa dövlətlərin BMT-də İsrail-Fələstin müharibəsi ilə bağlı qaldırmış olduğu məsələlərə də ABŞ veto hüququndan istifadə edərək veto qoyur, açıq-aşkar İsrailin işğalçı siyasətini, soyqrımını hər zaman müdafiə edir.
Eyni zamanda bu məsələdə bir sıra ərəb dövlətlərinin satqınlığı da rol oynayır. Nəzərə alsaq ki, hazırda aparıcı ərəb dövləti olan Səudiyyə Ərəbistanı başda olmaqla Birləşmiş Ərəb Əmirlikləri, o cümlədən onların ətrafında birləşən Ərəb Koalisiyası altında olan Ərəb Ölkələrinin İttifaqı İsrailə dəstək verir. Hətta Səudiyyə kralının oğlu deyir ki, Fələstin xalqı İsrail hökuməti nə desə onunla razı olmalıdır.
Səudiyyə Ərəbistanı islam adına savaş aparan İrana, Türkiyəyə qarşı Yunanıstanla, Misirlə, İsraillə birləşərək mübarizə aparır.
Səudiyyə bütün islam dünyasına qarşı terrorçu münasibətində qalır və hətta ABŞ-a bəyan edir ki, siz Suriyada qalın, bütün xərcləri biz çəkəcəyik.
Bütün islam dünyasının başına gələn müsibətlərin başında dayanan elə satqın ərəb dövlətləridir.
Nəzərinizə çatdırım ki, elə Əl-QAİDA terror təşkilatının yaranması da SSRİ-nin Əfqanıstana müdaxiləsi ərəfəsində ABŞ-ın istəyi ilə Pakistanın ərazisində Səudiyyə Ərəbistanının vətəndaşları və maliyyəsi ilə yaradıldı.
Eyni zamanda bu gün Suriyanı xarabalığa çevirən Ceyşulislam və digər terror təşkilatlarını da Səudiyyə Ərəbistanı maliyyələşdirir. Səudiyyə Ərəb Kolaisyası Yəməndə dinc əhalini-uşağa, qocaya, əlilə, qadına aman vermədən, günahsız Yəmən xalqını bombalayır. Yəməndə epidemiya baş alıb gedir, insanlar aclıqdan və xəstəliklərdən məhv olub gedirlər. Satqın ərəb dövlətlərinin bu əməllərinə görə bu gün Qüdsdə, Yəməndə, Suriyada, Əfqanıstanda heç nəyə nail olmaq olmur.
Bir çox Avropa ölkələri, Skandinavya ölkələri fələstinlilərin hüquqlarını müdafiə etdikləri halda satqın ərəb dövlətləri İsrail, ABŞ-a xidmət edirlər.
-ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı elan etməsi hüquqi president yaradır ki, hər hansı bir ölkə digər bir ölkənin suverin ərazisini işğal edib bunu öz ərazisi kimi reallaşdıra bilər. Bizim Azərbaycan da birbaşa Rusiyanın yardımı ilə işğal edilib. Heç kim zəmanət verə bilməz ki, sabah ABŞ və ya sionist İsrail rejimi öz səfirliyini Şuşada açmayacaq.
-Tamamilə doğrudur. ABŞ prezidentinin atdığı bu addım bütün qanunlara ziddir və "dünyanın ağası mənəm" mesajını verməkdir. Bütün dünya ölkələrinin etirazlarına baxmayaraq, ABŞ-ın öz səfirliyini Qüdsə daşıması ondan xəbər verir ki, sabah Azərbaycanla yanaşı dünyanın bir çox nöqtələrində münaqişə ocaqlarında president rolu oynayacaqdır.
Məsələn, bizim Qarabağ müharibəsinin həllində beynəlxalq hüquq Azərbaycan tərəfində olduğu halda 20 ildən artıqdır ki ermənilər öz qərəzli mövqeylərini ortalığa qoyurlar, danışıqlara gəlmirlər, qətnamələrə əməl etmirlər. Çünki Ermənistanın arxasında Rusiya, Fransa, ABŞ və digər Qərb dövlətləri dayanır.
Qarabağın işğalını həyata keçirməkdə Rusiyanın böyük rolu var. Amma erməni lobbisinin ABŞ-da, Fransada, Praqada söz sahibi olduğunu nəzərə alsaq Qüdsdə baş verənlərin ölkəmizdə təkrarlanması ehtimalının nə qədər real olduğunu anlamış olarıq.
Azərbaycan kiçik dövlətdir və ermənilərin arxasında dayanan ABŞ, Rusiya, Fransa, İsrail kimi dövlətlərin qarşısında müqavimət göstərə bilməyəcək. Qüds məsələsi çox təhlükəli tendensiyadır və əslində təkcə, bizdə deyil digər münaqişə ocaqlarında da təkrarlana bilər.
-Mübarək Ramazan ayının sonuncu Cümə günü İran İslam İnqilabının rəhbəri İmam Xomeyni tərəfindən Qüds Günü elan edilib. Əslində bu simvolik məna daşıyır. Çünki dünyanın harasında olmağından aslı olmayaraq ədalətin ayaqlandığı ölkələrə aiddir. Beynəlxalq Qarabağ günü, Şuşa Günü, Fələstin Günü, Yəmən Günü, Bəhreyn Günü və s. Yəni harada qətliam var, zor var ora aid etmək olar.
Bu gün Fələstini bizim qədər heç kim dərk edə bilməz. Çünki bizim torpaqlarımızı da 25 ildən artqıdır işğal altındandır və BMT-nin qətnamaələri həll edilmədən qalır.
Beynəlxalq Qüds Gününün Azərbaycanda qeyd edilməsi nə dərəcədə əhəmiyyətlidir?
-Hər il Qarabağın AzADLIĞI Uğrunda İslami Müqavimət Hərəkatının təşəbbüsü ilə keçirilən Beynəlxalq Qüds Günü tədbirlərində iştirak edirəm. Bu çox önəmlidir Azərbaycan üçün. Eyni zamanda bütün müsəlman dövlətləri Qüds Gününü yüksək səviyyədə keçirməlidirlər.
Beynəlxalq səviyyədə keirlməlidir və düşünürəm ki bu şəkildə keçirlsə sionist İsrail rejiminə də, onun tərəfdarı olan ABŞ-da, Səudiyyə Ərəbistanına da dərs olar və onlar işğalçı əməllərindən əl çəkərlər.