Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) rəhbəri Səlahəddin Dəmirdaş seçki təşviqatı ilə bağlı Ədirnə həbsxanasından TRT vasitəsilə tərəfdarlarına müraciət edəcək.
Muxalifet.az xəbər verir ki, TRT-1 vasitəsilə Dəmirdaş 10 dəqiqə ərzində 2 dəfə çıxş etmək imkanı əldə edəcək.Belə ki, Türkiyənin Ali Seçki Qurumu Dəmirdaşın proqramda çıxışının həbsxanadan edilməsi barədə qərar verib. Dəmirdaşın olduğu həbsxanada studiya qurulacaq.
Qeyd edək ki, ötən gün verilən açıqlamada Dəmirdaşın TRT-nin Ankara studiyasına gətiriləcəyi bəyan edilmişdi.