İyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısı keçiriləcəkdir.
Müdafiə Nazirliyindən Qaziler.az-a verilən xəbərə görə, Azərbaycanı bu toplantıda Müdafiə naziri general-polkovnik Zakir Həsənov təmsil edəcəkdir.Toplantıda NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılacaqdır.