İngiltərədə nəşr edilən “Times” qəzeti, Türk ordusunun böyük bir əməliyyatla Qəndilə daxil olaraq terror təşkilatı PKK-nı məhv edəcəyini yazıb.
Türk Silahlı Qüvvələrinin (TSQ) Şimali İraqda 11 baza qurduğunu deyən qəzet, Qəndillə arada yalnız 25 kilometr qaldığını yazıb.
Qəzetin İstanbul üzrə müxbiri Xanına Lucinda Smitin yazdığı məqalədə, Türk Ordusunun az qala hər gün keçirdiyi hava əməliyyatları regiondakı PKK-lı terrorçuları qaçmağa məcbur etdiyini yazıb.
“TİMES”-ın DƏRDİ: YENİ QAÇQIN BÖHRANI OLA BİLƏR
Məqalədə, "PKK-nın nəzarətində 700-ə yaxın kənd var. Türkiyə hücum edərsə, yeni bir qaçqın böhranına səbəb olacaq" yazan jurnalist, mənbənin sözlərinə yer verib.
İŞİD-la DÖYÜŞDÜLƏR GÖZƏLLƏMƏSİ
Məqalədə bu sözlərə də yer verib: "PKK Türkiyədə, Avropada və ABŞ-da bir terror təşkilatı olaraq sayılır. Ancaq alt qolları İŞİD-la müharibədə ön cərgədə Qərbli güclərin dəstəyini alaraq geniş torpaqlar ələ keçirdilər. Bu vəziyyət də PKK hücumlarının əsas hədəfi olan Türkiyəni hiddətləndirdi".
Müxalifət.az