İngiltərə, Fransa və Almaniya ABŞ-a rəsmi məktub göndərərək, İrana qarşı sanksiyalardan Avropalı şirkətlərin azad edilməsini istəyiblər.
Ölkəsinin nüvə müqaviləsindən çəkildiyini bildirən ABŞ, İrana və İranla ticarət edən şirkətlərə ABŞ tərəfindən sanksiya tətbiq olunacağı ilə bağlı qərar qəbul edib. Bununla bağlı ABŞ prezidenti Donald Trampa Böyük Britaniya, Almaniya və Fransa tərəfindən rəsmi məktub göndərilib.Üç ölkə məktubda İrana qarşı tətbiq olunacaq sanksiyalarda Avropalı şirkətlərin zərər çəkməməsi üçün sərbəstlik həyata keçirilməsini tələb edib.
İRAN SWIFT SİSTEMİNDƏN ÇIXARILMASIN
ABŞ-ın xəzinə naziri Stiv Mnuchin və dövlət katibi Mayk Pompeoya göndərilən məktubda, İranın beynəlxalq pul transferi aparılmasına imkan yaradan SWIFT sistemindən çıxarılmaması da tələb olunub.
Müxalifət.az